...

SKMF Azərbaycanda broyler təsərrüfatlarının yaradılması üzrə 8 investisiya layihəsini seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 20:00 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fonduna ölkədə müasir standartlara cavab verən ətlik istiqamətli quşçuluq, o cümlədən damazlıq broyler təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə sahibkarlar tərəfindən təqdim edilmiş və fond tərəfindən güzəştli şəkildə maliyyələşdiriləcək investisiya layihələri müəyyənləşdirilib.
SKMF Azərbaycanda broyler təsərrüfatlarının yaradılması üzrə 8 investisiya layihəsini seçib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ölkədə müasir standartlara cavab verən ətlik istiqamətli quşçuluq, o cümlədən damazlıq broyler təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə sahibkarlar tərəfindən təqdim edilmiş və fond tərəfindən güzəştli şəkildə maliyyələşdiriləcək investisiya layihələri müəyyənləşdirilib.

Çərşənbə axşamı təqdim edilən 13 təklifdən 8-ni təsdiq edib ki, bu da 26,9 milyon manat təşkil edir. Fondun güzəştli maliyyələşdirməsi hesabına məbləğin 17,4 milyon manatı təqdim ediləcək. 13 investisiya təklifinin dəyəri 41 milyon manat qiymətləndirilib. Onlardan 27 milyon manat SKMF-in güzəştli kreditləri hesabına nəzərdə tutulub.

Bu günədək quşçuluq təsərrüfatı üçün seçilən layihələrdən 3-ü Xızı rayonunda, Abşeron, İmişli, Salyan və İsmayıllı rayonlarında isə 1-i yerləşdirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, bu layihələrin həyata keçirilməsi nəticəsində 60 milyon toyuq yumurtası və 13 milyon ton quş ətinin istehsalı təmin ediləcək.

Bunun hesabına Azərbaycanın daxili bazarında toyuq yumurtasına və ətinə tələbat tam ödəniləcək.

Abdullayev seçilən layihələrin içərisində "İsmayıllı Quşçuluq" müəssisəsinin adını çəkib ki, o, əvvəllər maliyyə problemləri səbəbindən bağlanmaq təhlükəsində idi. SKMF "İsmayıllı Quşçuluq" müəssisənə istehsalatın bərpa edilməsi üçün maliyyə köməyi göstərib. 2009-cu ildə bu müəssisədə iki milyon toyuq yumurtası istehsal edilib. Biznes-plana əsasən, "İsmayıllı Quşçuluğ"un fəaliyyətinin bərpası və toyuq yumurtalarının istehsalının ildə üç milyona çatdırılması 800 min manata başa gələcək. Bunlardan 500 min manat SKMF-in güzəştli kreditləri hesabına təmin ediləcək.

"Hazırda biz quşçuluq fəaliyyətini prioritet hesab edirik və gələcəkdə maliyyə köməyi göstərməkdə davam edəcəyik. Maliyyə yardımı almaq üçün daha bir neçə müəssisənin bizə müraciət edəcəyi gözlənilir", - Abdullayev qeyd edib.

İnvestisiya təklifləri, Bakı istisna olmaqla, Azərbaycanın bütün rayonlarında qəbul edilib.

İnvestisiya layihələri aşağıdakı tələblərə cavab verməlidir: müasir standartlara cavab verən və müsair texnologiyaları tətbiq edən toyuq yumurtası və broyler təsərrüfatlarının yaradılmasını nəzərdə tutmalı, təsərrüfat üçün seçilən əraziyə və əlverişli infrastruktura malik olmalı, təsərrüfat müasir tələblərə cavab verən avadanlıqla təchiz edilməli, laboratoriya, kəsmə sexi, yem və inkubator üçün dəyirmana malik olmalıdır.

Xəbər lenti

Xəbər lenti