...

2011-ci ildən Azərbaycanda ünvanlı sosial yardımın verilməsi üzrə yeni proqramın pilot tətbiqinə başlanılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2010 14:18 (UTC +04:00)
2011-ci ildən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alanlarla sosial müqavilələrin bağlanması sisteminin tətbiqini planlaşdırır. Bu barədə çərşənbə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti üzrə şöbəsinin rəhbəri Natiq Qasımov məlumat verib.
2011-ci ildən Azərbaycanda ünvanlı sosial yardımın verilməsi üzrə yeni proqramın pilot tətbiqinə başlanılacaq (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.Xəlilova/

2011-ci ildən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alanlarla sosial müqavilələrin bağlanması sisteminin tətbiqini planlaşdırır. Bu barədə çərşənbə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti üzrə şöbəsinin rəhbəri Natiq Qasımov məlumat verib.

"Ünvanlı sosial yardım proqramının həyata keçirilməsinin təhlili son dörd ildə əhalinin aztəminatlı qrupunun sosial təminat üzrə proqrama fəal cəlb edilmələrinə böyük ehtiyac olduğunu aşkarlayıb. Bununla əlaqədar Azərbaycanda öhdəliklərlə müşayiət olunan sosial yardımın verilməsi üzrə dünyanın bir çox ölkələrində uğurla həyata keçirilən prinsiplərin tədqiq edilməsi imkanları haqqında qərar qəbul edilib", - Qasımov deyib.

Onun sözlərinə görə, ilk yenilik ÜSY alanların üzərinə müəyyən öhdəliklərin qoyulması çərçivəsində sosial müqavilələrin bağlanması olacaq ki, bu da məşğulluğun artmasına, aztəminatlı ailələrə sosial xidmətlərin göstərilməsinə, yardımın effektiv istifadəsi üçün şəraitlərin yaradılmasına gətirib çıxaracaq.

Hazırda Dünya Bankı ilə birlikdə ÜSY-nin verilməsi üzrə yeni proqram hazırlanır. Bu, əhalinin aztəminatlı təbəqəsi üçün gələcəkdə özlərinin təmin edilməsi üzrə ailələrin yoxsulluğuna təsir edən amillərin aradan qaldırılması vasitəsilə şəraitlərin yaradılmasına xidmət edəcək. "Oxşar uğurlu praktika Rusiyanın beş regionunda tətbiq edilir və 2011-ci ildən biz onları Azərbaycanın iki rayonunda tətbiq etməyi planlaşdırmışıq", - Qasımov bildirib.

DB-nin tövsiyəsinə əsasən, ölkənin iki pilot rayonunda bir il ərzində özünütəminat proqramının layihəsi sınaqdan keçiriləcək. Şöbə müdirinin sözlərinə görə, bu rayonlarda il ərzində eyni vaxtda nəzərdə tutulan sosial yardımın ÜSY-dən alınan vəsaitlər hesabına yerinə yetiriləcək biznes-planın tədbirlərlə birgə təqdim edilməsi şərti ilə tam ödənilməsi planlaşdırılıb. Bu vəsaitlər əkinçilik, kiçik biznes və fərdi fəaliyyətə sərf oluna bilər. Pilot rayonlar qismində Quba və İsmayıllı seçilib.

Gələn ilin ortalarında, "Ünvanlı sosial yardım haqqında" qanuna dəyişikliklər edildikdən sonra, 2012-ci ildən etibarən bu proqramın fəaliyyətini bütün respublikaya yaymaq olacaq.

1 iyul 2010-cu il tarixinə olan vəziyyətə görə, ölkədə ÜSY alanların sayı 132 945 ailə təşkil edib (603 074 nəfər). ÜSY-nin bir ailə üçün orta aylıq məbləği 112,98 manat, bir nəfər üçün 24,91 manat təşkil edir. ÜSY-ni alanların ümumi sayından 108 277 nəfər (81,4 faiz) yardımı ilk dəfə alırlar.

Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. Yardımın məbləği 65 manat təşkil edən "ehtiyac amilləri" və ailənin bir üzvünün gəlir məbləği arasındakı fərqlə müəyyənləşir.

İyulun 28-nə rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti