...

Azərbaycanda "Aysu Qida Sənaye" markalı 40 ton keyfiyyətsiz məhsul məhv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2010 18:47 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən normativ sənədlərin tələblərinə uyğun olmayaraq istehsal edilmiş və qablaşdırılmış ümumi çəkisi 40 ton olan "Aysu" əmtəə nişanlı sərinləşdirici içkilərin, noxudun, qara və qırmızı mərcinin, günəbaxan tumlarının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilməsi barədə "Aysu Qida Sənaye LTD" MMC-yə icrası məcburi göstəriş verib.
Azərbaycanda "Aysu Qida Sənaye" markalı 40 ton keyfiyyətsiz məhsul məhv edildi

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən normativ sənədlərin tələblərinə uyğun olmayaraq istehsal edilmiş və qablaşdırılmış ümumi çəkisi 40 ton olan "Aysu" əmtəə nişanlı sərinləşdirici içkilərin, noxudun, qara və qırmızı mərcinin, günəbaxan tumlarının mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilməsi barədə "Aysu Qida Sənaye LTD" MMC-yə icrası məcburi göstəriş verib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

40 ton məhsul Dövlət Xidməti əməkdaşlarının nəzarəti ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Aysu Qida Sənaye LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti