Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir N.İsmayılov/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinq zamanı satışdan ümumi çəkisi 579 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
Monitorinqlər Bakının Binəqədi, Nizami, Yasamal rayonlarında, eləcə də Xudat, Kürdəmir, Gəncə şəhərlərində, Tərtər və Zaqatala rayonlarında keçirilib.
Ticarət obyektlərində vaxtı ötmüş qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, uşaq yeməkləri və s. aşkar olunub.
İstehlakçıların hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində inzibati tədbirlər görüləcək.