...

Azərbaycan Mərkəzi Bankı "Cavanşir" MMC-yə məhdudlaşdırılmış bank əməliyyatlarının aparılmasına verilən lisenziyanı ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2010 12:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) "Cavanşir" MMC kredit ittifaqına verilən məhdudlaşdırılmış bank əməliyyatlarının aparılması üçün lisenziyanı ləğv edib.
Azərbaycan Mərkəzi Bankı "Cavanşir" MMC-yə məhdudlaşdırılmış bank əməliyyatlarının aparılmasına verilən lisenziyanı ləğv edib

Аzərbaycan, Bakı, 6 avqust /Trend, müxbir N. İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Cavanşir" MMC kredit ittifaqına verilən məhdudlaşdırılmış bank əməliyyatlarının aparılması üçün lisenziyanı ləğv edib. Bu barədə AMB-dən verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, qərar iki ardıcıl hesabatın müntəzəm olaraq təqdim edilməməsi və illik auditin aparılmamasına görə qəbul olunub.

Lisenziyanın ləğvi ilə bağlı təsviyyə komissiyası yaradılıb və təsviyyə proseslərinə başlanılıb.

AMB 2002-ci il oktyabrın 15-də "Cavanşir" MMC-yə məhdudlaşdırılmış bank əməliyyatlarının aparılmasına görə lisenziya vermişdi.

Xəbər lenti

Xəbər lenti