...

"İqtisadi Tədqiqatlar Mərkəzi" QHT Azərbaycandakı inflyasiyanın səviyyəsi ilə bağlı öz hesablamasının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 16:01 (UTC +04:00)
"İqtisadi Tədqiqatlar Mərkəzi" QHT-nin hesablamlarına görə, iyulda Azərbaycanda inflyasiyanın səviyyəsi 0,29 faiz təşkil edib. Bakıda istehlak qiymətləri ötən ay 0,34 faiz, regionlarda 0,24 faiz artıb. Bu bardə QHT-nin cümə günü yayılan məlumatında deyilir.
"İqtisadi Tədqiqatlar Mərkəzi" QHT Azərbaycandakı inflyasiyanın səviyyəsi ilə bağlı öz hesablamasının nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir N.İsmayılova/

"İqtisadi Tədqiqatlar Mərkəzi" QHT-nin hesablamlarına görə, iyulda Azərbaycanda inflyasiyanın səviyyəsi 0,29 faiz təşkil edib. Bakıda istehlak qiymətləri ötən ay 0,34 faiz, regionlarda 0,24 faiz artıb. Bu bardə QHT-nin cümə günü yayılan məlumatında deyilir.

İyulda dekabra nisbətdə inflyasiya 1,77 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 5,55 faiz təşkil edib.

Məlumat cədvəli istehlak qiymətlərinin dəyişdiyini göstərir:

İyul/iyun

2010

İyul 2010 /

dekabr 2009

Yanvar-iyul 2010/

Yanvar-iyul 2009

Ərzaq malları və xidmətlər

+0,29

+1,77

+5,60

Ərzaq malları, içki, və tütün

+0,51

+3,19

+6,97

Qeyri-ərzaq malları

-0,06

- 0,23

-0,78

Xidmətlər

+0,16

+0,50

+9,94

Məlumat cədvəli paytaxtda və ölkə regionlarında istehlak qiymətlərinin dəyişdiyini göstərir:

Mal və xidmətlər

Ərzaq malları

Qeyri-ərzaq malları

Xidmətlər

Bakı

+0,34

+0,69

- 0,28

+0,18

Regionlar

+0,24

+0,32

+0,16

+0,15

İyulda pomidor (11,14 faiz), kök (4,99 faiz), düyü (2,06 faiz), mal əti (1,98 faiz) bahalaşıb. Xidmətlər arasında hava sərnişin daşımaları (1,84 faiz) bahalaşıb.

Ərzaq məhsulları arasında ərik (22,92 faiz), üzüm (22,2 faiz), balqabaq (18,38 faiz), kartof (10,99 faiz) ucuzlaşıb. Qeyri-ərzaq malları arasında laminat parketi (4 faiz ucuzlaşıb).

Qeyri-hökumət təşkilatının hesablamalarına görə, əhalinin əmək qabiliyyətli hissəsi üçün yaşayış minimumu iyulda 124,62 manat, təqaüdçülər üçün 111,43 manat, 14 yaşadək olan uşaqlar üçün 138,41 manat olub.

İyulda əhalinin əmək qabiliyyətli hissəsinin ərzaq mallarına minimal xərcləri 64,07 manat, təqaüdçülər üçün 57,39 manat, 14 yaşadək uşaqlar üçün 71,21 manat təşkil edib.

Əhalinin əmək qabiliyyətli hissəsinin qeyri-ərzaq mallarına minimal xərcləri 34,89 manat, təqaüdçülər üçün 31,21 manat, 14 yaşadək uşaqlar üçün 49,74 manat olub.

Xidmətlər sahəsində bu qiymətlər müvafiq olaraq 25,66 manat, 22,83 маnat və 17,46 маnat təşkil edib.

Rəsmi məlumatlara görə, 2010-cu ildə yaşayış minimumunun səviyyəsi 87 manat, əhalinin əmək qabiliyyətli hissəsi üçün 96 manat, təqaüdçülər üçün 68 manat, 14 yaşadək uşaqlar üçün 72 manatdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iyulda Azərbaycanda istehlak mallarına və xidmətlərə qiymətlər ötən aylarla müqayisədə 0,2 faiz ucuzlaşıb. Yeddi ay ərzində ötən ilin yanvar-iyuluna nisbətdə inflyasiya 4,9 faiz təşkil edib. Ay ərzində ərzaq mallarının qiymətləri 0,7 faiz ucuzlaşıb, əhaliyə göstərilən tarif və ödənişli xidmətlər 0,9 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə ötən ay nisbətən dəyişməz qalıb.

Bu hesablamalar QHT tərəfindən İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyi (Seco) tərəfindən maliyyələşdirilən "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modelin hazırlanması" layihəsi çərçivəsində ölkənin 22 regionunda keçirilən statistik müşahidələr əsasında hazırlanıb.

Avqustun 13-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti