...

Azərbaycanda 20 nəfər beynəlxalq maliyyə hesabatı standartları üzrə milli sertifikasiyadan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2010 18:27 (UTC +04:00)
Azərbaycanda 20 nəfər Azərbaycan Auditorlar Palatasının dəstəyi ilə GRBS təlim mərkəzi tərəfindən keçirilən mühasibat uçotu və beynəlxalq maliyyə hesabatı standartları üzrə milli sertifikasiyadan keçib.
Azərbaycanda 20 nəfər beynəlxalq maliyyə hesabatı standartları üzrə milli sertifikasiyadan keçib

Аzərbaycan, Bakı, 25 аvqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda 20 nəfər Azərbaycan Auditorlar Palatasının dəstəyi ilə GRBS təlim mərkəzi tərəfindən keçirilən mühasibat uçotu və beynəlxalq maliyyə hesabatı standartları üzrə milli sertifikasiyadan keçib. Bu barədə çərşənbə günü sertifikatların verilmə mərasimində GRBS-in Azərbaycanda icraçı direktoru Bəhram Qurbanov bildirib.

"Sertifikasiya prosesində cəmi 73 nəfər iştirak edib", - Qurbanov bildirib. - "Onlardan yeddisi rus dilində, səkkizi Azərbaycan dilində mühasibat uçotu üzrə milli sertifikasiyadan uğurla keçib, beşi isə beynəlxalq maliyyə hesabatı standartları üzrə milli diplom alıb".

"Bu cür sertifikatlaşdırma proqramları yerli kadrların ixtisas səviyyəsini artırmağa imkan verir ki, bu da öz növbəsində ölkənin iqtisadi inkişafını təmin edir",- Azərbaycan Auditorlar Palatasının rəhbəri Vahid Novruzov deyib.

GRBS® ölkənin Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində dövlət və qeyri-hökumət təşkilatlarında mühasibat, maliyyə və vergi sahəsində, eləcə də yerli və xarici ticari təşkilatlarda çalışan kadrlar üçün Azərbaycanda istər Azərbaycan, istərsə də rus dillərində analoqu olmayan hazırlıq və milli sertifikasiya proqramını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti