...

Bakıda Azərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 13:21 (UTC +04:00)
Sentyabrın sonunda Bakıda Azərbaycanla Kuba arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Bu barədə cümə axşamı Trend-ə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Tores deyib.
Bakıda Azərbaycanla Kuba arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq - səfir

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir S.Ağayeva/

Sentyabrın sonunda Bakıda Azərbaycanla Kuba arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Bu barədə cümə axşamı Trend-ə Kubanın Azərbaycandakı səfiri Marsello Kabalyero Tores deyib.

"Müzakirələr Kubanın xarici ticarət və investisiya nazirinin müavini Oskar Peres- Olivanın rəhbərliyi altında nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılacaq", - Tores bildirib.

Nümayəndə heyətinin tərkibinə, həmçinin, Kuba Kənd Təsərrüfatı və Ticarət Palatası Nazirliyinin nümayəndələri daxil olacaqlar. Sentyabrın 28-30-da təşkil olunacaq səfər çərçivəsində, nümayəndə heyəti Azərbaycan Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərində görüşlər keçirəcək. Həmçinin, "AZPROMO" nümayəndələrinin iştirakı ilə mini biznes-forumun keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti