...

Standartlaşdırma üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinə Avro-2 standartları ilə bağlı yeni təkliflər təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2010 18:42 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanda Avro-2 ekoloji standartların tətbiqi ilə bağlı yeni təkliflər hazırlayır.
Standartlaşdırma üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinə Avro-2 standartları ilə bağlı yeni təkliflər təqdim edəcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanda Avro-2 ekoloji standartların tətbiqi ilə bağlı yeni təkliflər hazırlayır. Bu barədə cümə günü mətbuat konfransında Dövlət Komitəsinin texniki nizamlama şöbəsinin müdiri Sabiq Abdullayev deyib.

"Avtomobillərin atmosferə zəhərli tullantılar buraxmasının ölçülməsi Avro-2 ekoloji standartının yalnız aspektlərindən biridir. Hazırda Komitə Azərbaycan Nazirlər Kabinetinə təqdim edəcəyi digər təkliflər hazırlayır", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Komitənin təkliflər üzrə hazırladığı aspektlərdən biri, avtomobil yanacaqdoldurma məntəqələrində (YDM) quraşdırılacaq konstruksiya və avadanlıqlarla bağlıdır. Bu onunla izah edilir ki, YDM-də avtomobilin yanacaqla doldurulması prosesində yanacağın buxarlanması və atmosferə zərərli maddələrin atılması baş verir.

"Biz ümid edirik ki, bu tələblər milli standartlar qismində öz tətbiqini tapacaq", - Abdullayev qeyd edib.

Abdullayev Avro-2 standartına aid digər aspektlər arasında avtomobil nəqliyyatı sahiblərinin şinlərdən istifadə edən zaman atmosferə zərərli maddələr buraxmasını qeyd edib.

"İyulun 1-dən etibarən tətbiq edilməyə başlayan tələblər bu istiqamətdə aparılacaq kompleks işlərin yalnız bir hissəsidir. Komitə hökumətə yeni təklifləri oktyabrın ortalarınadək təqdim edəcək", - Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, hazırda ölkənin yaxın vaxtlarda Avro-3 standartlarına keçidi məsələsinə də baxılır.

Abdullayev onu da bildirib ki, yaxın vaxtlarda sovet istehsalı olan avtomobillərin istifadəsindən tam imtina nəzərdə tutulmayıb. Belə ki, onlardan ölkə regionlarının sakinləri qazanc vasitəsi kimi istifadə edə bilərlər.

"Biz belə qərara gəldik ki, bu avtomobilləri tədricən istismardan çıxaracağıq", - o qeyd edib.

Cari il iyulun 1-dən etibarən Azərbaycanda avtomobil nəqiyyatı vasitələrinə və yanacağa Avro-2 ekoloji standartları tətbiq edilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti