...

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin yaradılması çərçivəsində tikinti işləri davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 14:27 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin yaradılması çərçivəsində Çxardzma-Çinçkaro mənzilində 8,5 km yol və 2 körpü əsaslı təmir olunub. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında deyilir.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin yaradılması çərçivəsində tikinti işləri davam edir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin yaradılması çərçivəsində Çxardzma-Çinçkaro mənzilində 8,5 km yol və 2 körpü əsaslı təmir olunub. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında deyilir. Çxardzma-Çinçkaro mənzilində bir yeni körpü də inşa edilib.

Məlumatda deyildiyinə görə, bu işləri podratçı qismində çıxış edən "Dəmiryolservis" MMC həyata keçirib. Bağlantının Gürcüstan hissəsinin tikintisini "Azərinşaatservis" şirkəti görür.
Hazırda Gürcüstan ərazisində tikinti işləri davam etdirilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km isə Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükgötürmə qabiliyyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin, Axalkalakidə Gürcüstanda olan dəmir yolundan qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun bildirdiyi kimi, tikinti işlərinin başa çatdırılması 2012-ci ilin birinci yarısına planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesi tezləşdirmək və işlərin çox hissəsini 2011-ci ilin sonunadək başa çatdırmaq üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti