...

Bakı, ÜST-nın növbəti sessiyasının keçirilməsi üçün məkan seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 13:46 (UTC +04:00)
Bu yaxınlarda Moskvada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 60-cı sessiyasında ÜST-nin növbəti sessiyasının Azərbaycanda keçirilməsi haqqında qərar qəbuil olunub. Bu barədə çərşənbə günü Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.
Bakı, ÜST-nın növbəti sessiyasının keçirilməsi üçün məkan seçilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir N.İsmayılova/

Bu yaxınlarda Moskvada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 60-cı sessiyasında ÜST-nin növbəti sessiyasının Azərbaycanda keçirilməsi haqqında qərar qəbuil olunub. Bu barədə çərşənbə günü Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.

"Gələn ilin sentyabr-oktyabr aylarında ÜST üzvü olan 53 ölkənin səhiyyə nazirləri və nazir müavinlərinin rəhbərlik etdikləri yüksəkrütbəli nümayəndə heyətləri təşkilatın 61-ci sessiyasında iştirak etmək üçün Azərbayacana gələcəklər", - Ağayev deyib. - "Azərbaycan Rusiyadan sonra MDB-də ÜST sessiyasının keçirildiyi ikinci ölkə olacaq".

Bu, onun sözlərinə görə, ölkədəki ictimai-siyasi gərginlik və onun inkişafı nəticəsində mümkün olub.

Moskvada ÜST Avropa Regional Komitəsinin 60-cı sessiyası sentyabrın 13-16-da keçirilib. Orada ÜST Avropa regionu üzvü olan 53 ölkədən 300-dən artıq nümayəndə heyəti iştirak edib.

Sessiya zamanı ölkələr arasında zəruri informasiyaların effektiv mübadiləsi üzrə daha sıx əməkdaşlığa aid məsələlər müzakirə olunub. O cümlədən, söhbət yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə mübarizə, vaksinləşmənin vaxtında aparılmasından gedir. Bununla yanaşı, 2015-ci ilədək qızılca və məxmərək xəstəliklərinin kənarlaşdırılması məsələləri də müzakirə olunub.

ÜST Avropa Regional Komitəsi təşkilatın Avropa Regional Bürosunun (ARB) ali orqanıdır. Bu sessiya hər ilin sentyabr ayında, Avropa ölkələrinin birində keçirilir.

İclaslar zamanı üzv-dövlətlərin nümayəndələri səhiyyə sahəsində regional siyasəti formalaşdırır, tövsiyələr qəbul edir, ÜST ARB fəaliyyətinə nəzarəti həyata keçirir və büdcəni təsdiqləyirlər.

Xəbər lenti

Xəbər lenti