Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Azərbaycan Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dənizçilik Gününü qeyd etməyə hazırlaşır. Bu barədə administrasiyanın cümə günü yayılan məlumatında deyilir.
Beynəlxalq Dənizçilik Gününün qeyd olunması haqqında qərar 1978-ci ildə Ümumdünya Dəniz Təşkilatı Assambleyasının 10-cu sessiyasında qəbul edilib. Bu tarix hər il sentyabrın son həftəsindəki günlərin birində qeyd olunur.
Ümumdünya Dəniz Təşkilatı Assambleyasının tamhüquqlu üzvü olan Azərbaycan da hər il bu tarixi qeyd edir.