...

Azərbaycan üç quru yük gəmisini satışa çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2010 17:53 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Sormovski" tipli üç quru yük daşıyan gəmini satışa çıxarıb.
Azərbaycan üç quru yük gəmisini satışa çıxarıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Sormovski" tipli üç quru yük daşıyan gəmini satışa çıxarıb. Bu barədə Dövlət Komitəsinin bazar ertəsi yayılan məlumatında deyilir.

Komitənin əmlakın dəyərinin qiymətləndirilməsi normativlərinə uyğun olaraq, 1976-cı ilin istehsalı olan "Şair Vidadi" gəmisinin ilkin qiyməti 107 143 manat, 1978-ci ilin istehsalı olan "Xaqani Rəhimov" gəmisi 96 143 manat, 1972-ci ilin istehsalı olan "Rəsul Rza" gəmisi 113 683 manat məbləğində müəyyənləşib.

Alış zamanı gəminin ilkin qiymətinin on faizi əvvəlcədən ödənilməlidir.

Trend-ə Dövlət Komitəsindən verilən məlumata görə, bu, gəmilərin satışı üzrə ilk hərracdır.

"Əmlakın nəqliyyat növü olmasını nəzərə alaraq, onun satışı pul hərracı vasitəsilə həyata keçirilir", - Komitədən deyiblər.

Gəmilərin satışı üzrə hərrac oktyabrın 26-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Mərkəzdə keçiriləcək.

Müsabiqədə iştirak üçün hərrac komissiyasına hərracın keçirilməsinə üç bank günü qalmış sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd və bank hesabına Komitənin müəyyənləşdirdiyi ödənişin edilməsini təsdiq edən sənəd təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti