...

Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2010 12:15 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0003 bənd (0,03 faiz) möhkəmlənib.
Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0003 bənd (0,03 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,80276 manat səviyyəsində müəyyən edilib.

Sentyabrın 27 və 28-də manatın dollara nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına 0,8029 manat səviyyəsində müəyyən edilib, minimum məzənnə isə oktyabrın 1-də 0,8026 manat səviyyəsində olub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

20 sentyabr

0,8033

27 sentyabr

0,8029

21 sentyabr

0,8032

28 sentyabr

0,8029

22 sentyabr

0,8030

29 sentyabr

0,8027

23 sentyabr

0,8030

30 sentyabr

0,8027

24 sentyabr

0,8030

1 oktyabr

0,8026

Həftə ərzində orta

0,8031

Həftə ərzində orta

0,80276

Həftənin yekunları üzrə Bakı Banklararası Valyuta Birjasında keçirilən sövdələşmələr nəticəsində müəyyən edilən manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,8032 manat səviyyəsində dəyişilməz qalıb.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): sentyabrın 27-də 0,8032 AZN/USD məzənnə ilə $0,098 milyon, sentyabrın 28-də 0,8032 AZN/USD məzənnə ilə $5,6 milyon, sentyabrın 29-da sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8032 AZN/USD səviyyəsində saxlanılıb. Sentyabrın 30-da 0,8032 AZN/USD məzənnə ilə $3,13 mln, oktyabrın 1-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8032 AZN/USD səviyyəsində saxlanılıb.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

20 sentyabr

0,8034

27 sentyabr

0,8032

21 sentyabr

0,8034

28 sentyabr

0,8032

22 sentyabr

0,8032

29 sentyabr

0,8032

23 sentyabr

0,8032

30 sentyabr

0,8032

24 sentyabr

0,8032

1 oktyabr

0,8032

Həftə ərzində orta

0,80328

Həftə ərzində orta

0,8032

USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı isə 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il - 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin təxminən 80 faizinin çıxarılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti