...

Azərbaycan regionunda sahibkarlara risklərin idarə edilməsi və biznesin sığortalanması üzrə imkanlar yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 16:37 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə cümə günü Ağdaş rayonunda "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda növbəti tədbir keçirilib.
Azərbaycan regionunda sahibkarlara risklərin idarə edilməsi və biznesin sığortalanması üzrə imkanlar yaradılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə cümə günü Ağdaş rayonunda "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda növbəti tədbir keçirilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Ağdaş rayon İcra Hakimiyyətinin və Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri, həmçinin 100-ə yaxın sahibkar iştirak edib.

Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zə­ruri nəzəri biliklərə və praktiki bacarıq­lara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahib­karlıq subyektlərinə tədris-metodiki, innova­siya və konsaltinq xidmətlərinin göstərilməsi­ istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib.

Sahibkarlara biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması mövzusunda, həmçinin /www.b2b.az/ elektron ticarət portalı haqqında məlumat verilib.

Xəbər lenti

Xəbər lenti