...

Azərbaycan iqtisadiyyatı dünyada dinamik inkişaf etməkdə olan iqtisadiyyatlardan biridir – MDB Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.Xəlilova/

MDB iştirakçısı olan dövlətlərin "Maliyyə institutları - MDB üzvü olan dövlətlərin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır" III Bakı Beynəlxalq Konfransının keçirilməsi böhrandansonrakı dövrdə yaradıcı vəzifə və konstruktiv ideyaların müəyyən edilməsi üçün çox vacibdir. Bu barədə Azərbaycan Beynəlxalq Bankı idarə heyətinın sədri Cahangir Hacıyev bəyan edib.

"İqtisadiyyatların, o cümlədən, Azərbaycan iqtisadiyyatının struktur modernləşdirilməsi, mənim qənaətimə görə, zamanın hökmüdür. Azərbaycan iqtisadiyyatı dünyada nisbətən daha dinamik inkişaf edən iqtisadiyyatlardan biridir və son beş il ərzində ÜDM-in artım tempinə görə MDB-də liderlik edir", - Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı müasir iqtisadi kataklizmlər şəraitində belə, ilk növbədə, əldə olunmuş nəticələr hesabına, eləcə də qəbul edilən antiböhran tədbirlərinin effektivliyi və səmərəliliyi sayəsində öz davamlılığını nümayiş etdirdi. Məhz bu tədbirlər ekspert birlikləri tərəfindən postsovet məkanında nisbətən ən fəalları kimi tanınıb. Son iki il ərzində Dünya Bankı Azərbaycanı islahatlar sahəsində dünya lideri olan dövlət kimi tanıyıb, aparıcı beynəlxalq maliyyə institutları isə onu qlobal böhranın təzahürlərindən ən az ziyan çəkən ölkələr sırasına daxil edib.

"Bu gün Azərbaycan özünü maliyyə, enerji və əmək resursları ilə təmin edən varlı dövlətdir", - Hacıyev bildirib. - "Ölkəmiz regionda öz mövqeyini möhkəmləndirir və iqtisadi məkanın bütün inkişaf istiqamətlərində sabitləşdirici amil rolunu oynayır. Bütün bu işlər bizim iqtisadi sahədə keçid dövrünü qət etdiyimizi və inkişafımızın yeni mərhələsinə daxil olduğumuzu söyləməyə tutarlı əsas verir. İndi struktur dəyişikliklərinin aktiv mərhələsinə ehtiyacı olan iqtisadiyyatın modernləşdirilməsinin yeni mərhələsi başlayır və söhbət, hər şeydən əvvəl, iqtisadiyyatın institusional və sahə strukturlarından gedir".

İnnovasiya inkişafı planında Azərbaycan tərəfindən müəyyən uğurlar əldə olunub.

"2010-2011-ci illərdə qlobal rəqabətqabiliyyətliliyi haqqında" Ümumdünya İqtisadi Forumunun məruzəsinə görə, Azərbaycan innovasiyalılıq amilinə görə, dünyanın 139 ölkəsi arasında 61-ci, MDB-də 2-ci (Rusiyadan sonra) yeri turur, Qafqaz və Mərkəzi Asiyadakı öz qonşularını xeyli qabaqlayır.

Bakıdakı konfransda struktur modernləşdirmə proqramlarının maliyyələşdirilməsində beynəlxalq və regional fondların rolu, modernləşdirmə layihələri üçün əlverişli mühitin yaradılması və onların əlaqələndirilməsində MDB-nin milli üstmilli orqanlarının təcrübəsinin, MDB ölkələri ərazisində transsərhəd layihələrin reallaşdırılmasında milli institutların əhəmiyyətinin müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti