...

Azərbaycanın Kapital Bankı "Buralar lap Sizlikdir" kampaniyasını başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2010 16:50 (UTC +04:00)
Azərbaycanın Kapital Bankının 15 iyun 2010-cu il - 30 sentyabr 2010-cu il tarixli dövrü əhatə edən "Buralar lap Sizlikdir" yay kampaniyası başa çatıb.
Azərbaycanın Kapital Bankı "Buralar lap Sizlikdir" kampaniyasını başa çatdırıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycanın Kapital Bankının 15 iyun 2010-cu il - 30 sentyabr 2010-cu il tarixli dövrü əhatə edən "Buralar lap Sizlikdir" yay kampaniyası başa çatıb. Bu barədə bazar ertəsi yayılan məlumatında deyilir.

Kampaniya ərzində Visa plastik kartlarından nağdsız ödəniş məqsədilə ən çox istifadə edən 11 qalib müxtəlif mükafatlar qazanıblar. Birinci yeri tutan qalib dünyanın istənilən ölkəsinə səyahət etməyə imkan verən iki nəfərlik turistik vauçerə sahib olub, digər qaliblər isə müxtəlif məbləğlərdə pul mükafatlarına layiq görülüb.

Kapital Bank yeni maraqlı kampaniyaların təşkilini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti