Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
"MasterCard" beynəlxaq ödəniş sistemi Parisin məşhur mağaza, butik, mehmanxana və əyləncə mərkəzlərində təqdim olunacaq böyük endirimlər haqqında bəyanat verib. Bu barədə "Bank Standard"ın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Həmin mağaza və mərkəzlərin siyahısına "Corneliani", "Gianfranco Ferre", "D&G", "Roberto Gavalli", "Au Nain Bleu" kimi məşhur ticarət nişanları, habelə Parisin tanınmış "Crazy Horse" kabaresi və "Fouquet's Barriere" mehmanxanası daxildir. 2011-ci il avqustun 31-dək davam edəcək kampaniyada yalnız "MasterCard Platinum" kart sahibləri iştirak edə biləcək.
"Bank Standard" Fransa paytaxtına yaxın gələcəkdə səfər etməyi düşünən müştərilərini "MasterCard Platinum" kartını əldə edib həmin kampaniyadan faydalanmağa dəvət edir. Bu kartları bankın bütün filiallarında əldə etmək olar", - bankın məlumatında deyilir.