...

Baku White City indi internetdə

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2010 16:03 (UTC +04:00)
Bu gün Bakı Ağ Şəhər şəhərsalma layihəsinin vəzifələrini və planlarını əks etdirən /http://www.bakuwhitecity.com/ informasiya resursu internet istifadəçilərinin ən geniş auditoriyasına təqdim edilir.
Baku White City indi internetdə

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Bakı Ağ Şəhər (Baku White City) şəhərsalma layihəsinin vəzifələrini və planlarını əks etdirən /http://www.bakuwhitecity.com/ informasiya resursu internet istifadəçilərinin ən geniş auditoriyasına təqdim edilir. Saytın əsas, ingilisdilli versiyasına Azərbaycan və rus dillərində olan variantlar da əlavə edilib. Beləliklə, Bakının yeni, müasir mərkəzinin inkişaf perspektivləri haqqında məlumatlarla həm bizm ölkəmizdə, həm də xarici ölkələrdə tanış olmaq mümkün olacaq.

Bakı Ağ Şəhər layihəsinin fəaliyyəti haqqında məlumatı işgüzar və ictimai dairələrə təqdim edən bu sayt layihənin əsas vəzifələrini bütövlüklə əks etdirir. Portalın rahat naviqasiyası saytın məzmunu ilə tanış olmağa imkan yaradır, onun parlaq və yaddaqalan dizaynı isə Bakı Ağ Şəhər layihəsinin ümumi tendensiyasını əyani surətdə nümayiş etdirir.

Bakı Ağ Şəhər layihəsi saytının ziyarətçiləri burada layihənin konsepsiyası ilə tanış ola bilərlər. Bununla yanaşı, burada videoproyeksiya, slaydlar və rəqəmlər vasitəsilə yeniləşmiş Bakını seyr etmək imkanı da mövcuddur. Portalın "Baş plan" bölməsi xüsusi maraq doğurur. Bura gələcək dəyişikliklərin, o cümlədən landşaft, nəqliyyat, kommunal dəyişikliklərin və sosial infrastruktur şəbəkələrinin dəyişikliklərinin sxematik planları və əlbəttə ki, Ağ Şəhərin ümumi planlaşdırılması daxil edilib. Portalın müvafiq köməkçi bölməsi, yerli və xarici investorlara Bakı Ağ Şəhər Layihəsi çərçivəsində investisiya şəraiti barədə məlumat təqdim etməklə, iş adamlarının da diqqətini cəlb edəcək.

Yaradıldığı gündən etibarən həcmli və məlumatlandırıcı sayt artıq ən çox ziyarət olunan resurslardan birinə çevrilib. Statistik məlumatlara əsasən, iyun ayından etibarən /http://www.bakuwhitecity.com/ saytı 5 mindən artıq istifadəçi tərəfindən ziyarət edilib, min ziyarət ötən ayın payına düşüb. Səhifələrə baxışın dinamikası və tezliyi, həmçinin, birbaşa istinadlarla qeydiyyatdan keçmiş 60,5% ziyarət və axtarış sistemləri vasitəsilə əlavə 9,5% keçidlər bu veb-resursa olan marağı əks etdirir.

Bakı Ağ Şəhər saytının ziyarətlərinin coğrafiyası 60-dan çox ölkəni, o cümlədən Böyük Britaniya, Rusiya, Amerika Birləşmiş Şttaları, Braziliya, Avstraliya, Yaponiya, Şərqi və Qərbi Avropanın, Asiyanın və Yaxın Şərqin demək olar bütün ölkələrini, MDB dövlətlərini və bir sıra Afrika ölkələrini əhatə edir. Azərbaycanlı istifadəçilərin sayta girişləri 3,6 min və ya bütün ziyarətlərin 66,8%-ni təşkil edir.

Bakı Ağ Şəhər saytına olan maraq layihənin bu yaxınlarda Dubay şəhərində keçirilən "Cityscape Global 2010 IX" daşınmaz əmlak və investisiyalar üzrə beynəlxalq sərgidə təqdimatından sonra daha da artıb. İlk dəfə olaraq Azərbaycanı bu sərgidə təmsil edən Bakı Ağ Şəhər layihəsi dünyanın müxtəlif ölkələrindən olan iştirakçılara layihənin məqsəd və vəzifələri ilə bərabər, Azərbaycanın geniş investisiya imkanları və ölkə iqtisadiyyatının uğurlu inkişafı haqqında məlumat təqdim edib.

Xəbər lenti

Xəbər lenti