...

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 3 faizədək artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2010 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 3 faizədək artırıb. Bu barədə cümə günü AMB-nin bankın İdarə Heyətinin iclasının yekunu üzrə məlumatında deyilir.

"Makroiqtisadi indikslərin dinamikasını və gələcək proqnozları nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti noyabrın 1-dən etibarən uçot dərəcəsinin üç faiz səviyyəsinədək artırılması barədə qərar qəbul edib", - məlumatda deyilir.

Eyni zamanda, pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədilə bank sektorunun xarici öhdəliklərinin 0,5 faiz səviyyəsində məcburi ehtiyata cəlb edilməsi qərara alınıb.

2010-cu ilin əvvəlindən qlobal iqtisadiyyatın bərpası fonunda valyuta ehtiyatlarının ödəniş balansının profisitinin artımı, eləcə də Azərbaycanın həm daxili, həm də xarici mənbələrindən pul kütləsinin genişləndirilməsi müşahidə olunub.

Bundan əvvəl AMB İdarə Heyətinin qərarı ilə mayın 25-dən uçot dərəcəsi iki faizədək azaldılıb. Faiz dəhlizinin yüksək həddi 8-dən 7-dək azaldılıb.

Xəbər lenti

Xəbər lenti