...

Azərbaycanda sığorta şirkətlərində rəhbər vəzifələri tutmaq istəyən namizədlər üçün növbəti imtahan elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2010 15:04 (UTC +04:00)
Maliyyə Nazirliyi "Sığorta fəaliyyəti haqqında" qanunun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları"na uyğun olaraq 3 dekabr 2010-cu il tarixdə növbəti test imtahanı keçiriləcəyini elan edib.
Azərbaycanda sığorta şirkətlərində rəhbər vəzifələri tutmaq istəyən namizədlər üçün növbəti imtahan elan edilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi "Sığorta fəaliyyəti haqqında" qanunun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları"na uyğun olaraq 3 dekabr 2010-cu il tarixdə növbəti test imtahanı keçiriləcəyini elan edib. Bu barədə şənbə günü nazirlik yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilən məlumatda deyilir.

Həmçinin, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün 2 dekabr 2010-cu il saat 11:00-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə aşağıdakı telefon nömrələri və ya e-mail vasitəsilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər: (+99412) 404 46 99 (daxili nömrələr 250 və ya 254), /[email protected]/, /[email protected]/

Sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.

Tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.sigorta.maliyye.gov.az/?/az/mainpage/more/

Xəbər lenti

Xəbər lenti