Gürcüstan, Tbilisi, 7 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Rusiyanın "Kazan Siti" tankeri 70 min lari (1 dollar = 1,76 lari) dəyərində cərimə ödəyib və azad üzmək hüququ alıb. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstanın sərhəd polisindən məlumat verilib.
Dekabrın 4-də "Kazan Siti" tankeri dörd min ton yanacaq yükünün boşaldılması məqsədilə Poti limanına daxil olub. Gəmi ekipajının həyata keçirdiyi əməliyyat nəticəsində liman hövzəsinə neft axıb.
Rusiya gəmisi artıq Gürcüstanın ərazi sularını tərk edib.