...

AXA yeni korporativ veb-saytı işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2010 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

AXA MBASK saytının yeni variantı- /www.axambask.az/ yaradılıb. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Saytın səhifələrində şirkət haqqında, əsas sığorta növləri üzrə sığorta məhsulları haqqında xeyli yeni məlumat yerləşdirilib. Saytdakı məlumatın təzələnməsi əhəmiyyətli dərəcədə asanlaşıb və bu onu daha aktual vəziyyətdə saxlamağa imkan verir. Saytın dizaynı da dəyişilib, o daha müasir və AXA Group-un standartlarına uyğun olub. Sayt üzrə naviqasiya sistemi sayta baş çəkənlərə bütün zəruri məlumatı tez və asan tapmağa imkan verir. Yeni saytın başlıca prinsipləri - istifadəçi üçün rahalıq, naviqasiyanın intuitiv sadəliyi, təsviri lakoniklik, məlumatın dolğunluğu və şəffaflığıdır.

Xatırladaq ki, cari ilin oktyabr ayında MBASK sığorta şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət qovluğunu (51 faiz) AXA Group (Fransa), özünün törəmə şirkəti olan AXA Sequros generales S.A, De Sequros Y Reasequros (İspaniya) şirkətinin vasitəsi ilə satın alıb. 49 faizə bərabər olan yerdə qalan pay isə Eldar Qəribova məxsusdur.

MBASK Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərir və sığortanın 24 könüllü və 4 məcburi növü üzrə xidmət göstərir.

Şirkətin nizamnamə kapitalı 5 milyon 730 min manat təşkil edir.

AXA Group maliyyə mühafizəsi sahəsində dünya üzrə liderdir. АХА Group öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit Okean regionunda cəmləşdirməklə həyata keçirir.

Dekabrın 14-də rəsmi məzənnə 0,7987 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti