...

"Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 17:55 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sərnişin axınının artması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSCdekabrın 25-dən etibarən gücləndirilmiş iş rejiminə keçir.
"Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçir

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sərnişin axınının artması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC dekabrın 25-dən etibarən gücləndirilmiş iş rejiminə keçir. Bu barədə cümə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, sərnişin axınının proqnozlaşdırılan artımı ilə əlaqədar daxili marşrutlarda bütün qatarlara əlavə vaqonlar qoşulacaq. Sərnişinlərin sayından asılı olaraq, əlavə vaqonların sayı 15-dən 20-dək olacaq.

Əzməmmədovun sözlərinə görə, Gürcüstan istiqamətində sərnişin axınının gözlənilən artımı ilə əlaqədar olaraq, əlavə vaqonlar bu marşrut üzrə hərəkət edən qatarlara da qoşulacaq. Rusiya istiqamətində hərəkət edən qatarlara əlavə vaqonların qoşulması gözlənilmir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin xidmətlərindən istifadə edən sərnişinlərin çətinlikləri olmaması məqsədilə, Əzməmmədov sərnişinlərə biletləri 10 gün əvvəlcədən almağı tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti