...

Azərbaycanda 9790 ədəd keyfiyyətsiz yeni il hədiyyələri aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2010 11:26 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz yeni il hədiyyələrinin satışının qarşısının alınması məqsədilə monitorinqlərini davam etdirir.
Azərbaycanda 9790 ədəd keyfiyyətsiz yeni il hədiyyələri aşkar edilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz yeni il hədiyyələrinin satışının qarşısının alınması məqsədilə monitorinqlərini davam etdirir.

Dövlət Xidməti tərəfindən "Bolluq LTD" MMC-də aparılan yoxlama zamanı müəssisədə satışa hazır qənnadı məhsullarından komplektləşdirilərək yeni il hədiyyəsi kimi xüsusi hazırlanmış və kağız qutulara qablaşdırılmış malların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən edilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Belə ki, hədiyyə komplektinə daxil edilmiş "Piknik" və "Sport" adlı peçenyelərin saxlama müddəti normativ sənədlərə əsasən 3 ay təşkil etdiyi halda, etiketlərində 6 ay göstərilibr. Normativ sənədlərə əsasən, saxlama müddəti 3 ay təşkil edən "Celli" adlı marmeladın və şokoladlı vaflinin üzərində isə istehsal tarixi və saxlama müddəti ümumiyyətlə göstərilməyib. Lakin bu məhsullar da daxil edilməklə komplektləşdirilmiş yeni il hədiyyələrinin üzərində saxlama müddəti 6 ay göstərilib.

Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında aşkar edilmiş 9790 ədəd hədiyyə komplektinin satışının dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə Dövlət Xidməti tərəfindən "Bolluq LTD" MMC-yə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam etdirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "Bolluq LTD" MMC tərəfindən qablaşdırılmış yeni il hədiyyələrini almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti