Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Avropada yağan güclü qara görə iki aeroport Bakıdan gələn təyyarələri qəbul edə bilməyib. Bu barədə Trend-ə bazar günü AZAL QSC-dən bildiriblər.
AZAL-dan verilən məlumata görə, şənbə günü yerli vaxtla saat 18:25-də Londonun Hitrou aeroportuna və bazar günü saat 08:00-da Parisin Şarl de Qol aeroportuna uçan reyslər təyinat məntəqələrində yerə enə bilməyiblər. Hər iki təyyarə Almaniyanın Köln aeroportunda eniş etməyə məcbur olub.
AZAL-dan bildirilib ki, təyyarələr Kölndən Bakıya qayıdacaqlar.
Bundan başqa, bu gün saat 11:40-da yola düşməli olan Bakı- London aviareysi ləğv olunub.