...

Azərbaycan Mərkəzi Bankı bankların risklərin idarə edilməsi sahəsində potensialının gücləndirilməsi məqsədilə seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2010 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda risk idarəetmə potensialının gücləndirilməsi və stress testləşdirmənin təkmilləşdirilməsi məqsədilə dekabrın 21-də "Banklarda stress-testlərin həyata keçirilməsinin praktiki aspektləri" mövzusunda seminar keçirib. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Seminar çərçivəsində stress-testlərin mahiyyəti və stress-testin aparılması metodologiyası, bank fəaliyyətinə xas olan əsas risklərin testləşdirilməsinin praktiki aspektləri açıqlanıb, AMB-də istifadə olunan makroiqtisadi stress-test haqqında məsələlər müzakirə olunub.

Seminarda Azərbaycanda fəaliyyət göstərən bankların nümayəndələri iştirak ediblər. Seminar Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinin Maliyyə sektorunun araşdırmaları şöbəsinin rəisi Asim Zülfüqarov və Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Nəzarətin metodologiyası şöbəsinin rəisi Rüstəm Tahirov tərəfindən keçirilib.

Xəbər lenti

Xəbər lenti