...

Bakı - Moskva marşrutu üzrə hərəkət edən təyyarələrin uçuşu yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2010 00:15 (UTC +04:00)
"Sibir" aviaşirkətinə məxsus təyyarənin Moskvanın Domodedovo hava limanından Bakıya uçuşunun ən azı bazar ertəsi səhərə qədər yubanması gözlənilir. Bu barədə Trend-ə bazar günü Heydər Əliyev Beynəlxalq hava limanından bildiriblər.
Bakı - Moskva marşrutu üzrə hərəkət edən təyyarələrin uçuşu yubanır

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

"Sibir" aviaşirkətinə məxsus təyyarənin Moskvanın Domodedovo hava limanından Bakıya uçuşunun ən azı bazar ertəsi səhərə qədər yubanması gözlənilir. Bu barədə Trend-ə bazar günü Heydər Əliyev Beynəlxalq hava limanından bildiriblər.

"Yubanmanın səbəbi Moskvada hava şəraitinin kəskin pisləşməsi olub. Həmin səbəblərə görə Bakıdan Moskvaya hərəkət edən təyyarələrin uçuşu bazar ertəsi səhərə qədər yubanır", hava limanından bildiriblər.

Alınan məlumata əsasən, həmçinin, Bakıdan Moskvanın Şeremetyevo hava limanı istiqaməti üzrə hərəkət edən və cədvəl üzrə 06:45 Bakıdan qalxmalı olan təyyarənin uçuşu bir neçə saat gecikəcək.

Keçən gün Moskvada hava şəraitinin kəskin pisləşməsi Rusiyanın paytaxtında bir sıra problemlər yaradıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar 100 minə yaxın insan elektriksiz qalıb.

Paytaxtın "Domodedovo" hava limanında da elektrik enerjisi kəsilib, 70 yaxın aviareys təxirə salınıb. 

Xəbər lenti

Xəbər lenti