...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2011 13:08 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,79778 manat səviyyəsində müəyyən olunub.

Manata nisbətdə dolların maksimum məzənnəsi yanvarın 3 və 4-də bir ABŞ dolları üçün 0,7979 manat, minimum isə yanvarın 5, 6 və 7-də 0,7977 manat müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

20 dekabr

0,7988

3 yanvar

0,7979

21 dekabr

0,7987

4 yanvar

0,7979

22 dekabr

0,7987

5 yanvar

0,7977

23 dekabr

0,7987

6 yanvar

0,7977

24 dekabr

0,7985

7 yanvar

0,7977

Həftə ərzində orta

0,79868

Həftə ərzində orta

0,79778

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi dəyişilməz olaraq qalıb - bir ABŞ dollarına 0,7967 manat.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 3-də sövdələşmələr həyata keçirilməyib, ona görə də məzənnə əvvəlki səviyyədə qalıb (0,7967 AZN/USD), yanvarın 4-də - sövdələşmələr həyata keçirilməyib, məzənnə əvvəlki səviyyədə qalıb ( 0,7967 AZN/USD). Yanvarın 5-də 0,7967 AZN/USD məzənnə ilə $1,1 mln., yanvarın 6-da 0,7967 AZN/USD məzənnə ilə $2,19 mln., yanvarın 7-də isə 0,7967 AZN/USD məzənnə ilə $15 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

20 dekabr

0,7974

3 yanvar

0,7967

21 dekabr

0,7974

4 yanvar

0,7967

22 dekabr

0,7974

5 yanvar

0,7967

23 dekabr

0,7973

6 yanvar

0,7967

24 dekabr

0,7970

7 yanvar

0,7967

Həftə ərzində orta

0,7973

Həftə ərzində orta

0,7967

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti