...

Azərbaycanda bank yoxlayıcıları üçün IFRS üzrə seminar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 19:02 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankında bank yoxlayıcıları üçün beynəlxalq maliyyə hesabatları standartları üzrə (IFRS) ikihəftəlik kurs keçirilir.
Azərbaycanda bank yoxlayıcıları üçün IFRS üzrə seminar keçirilir

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Mərkəzi Bankında (AMB) bank yoxlayıcıları üçün beynəlxalq maliyyə hesabatları standartları üzrə (IFRS) ikihəftəlik kurs keçirilir. Bu barədə AMB-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Seminar yanvarın 17-28-də beynəlxalq maliyyə hesabatları standartları üzrə ekspert Süzan Tetford tərəfindən aparılır. Seminar çərçivəsində maliyyə alətlərinin tanınması, ölçmə və təqdimat, maliyyə hesabatlarının təqdim edilməsi, nağd pullar axınının qrafiki, cəmlənmiş maliyyə hesabatları, maliyyə alətlərinin açılmasına olan tələblər kimi mövzular əhatə olunub.

Seminarda AMB və ölkənin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti