...

Azərbaycanda Oğuz-Qəbələ-Bakı su kəməri tezliklə tam gücü ilə işləyəcək – "Azərsu" prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2011 14:23 (UTC +04:00)
Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də, əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Bu barədə "Azərsu" SC-nin prezidenti Nizaməddin Rzayev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilmiş müsahibəsində bildirib.müsahibəsində bildirib.
Azərbaycanda Oğuz-Qəbələ-Bakı su kəməri tezliklə tam gücü ilə işləyəcək – "Azərsu" prezidenti

Azərbaycan, Bakı, 18 yanvar / Trend, müxbir Ü.İsmayılova /

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrinin işlədilməsi nəticəsində Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və beləliklə də, əhalinin yüksək keyfiyyətli su ilə təmin edilməsidir. Bu barədə "Azərsu" SC-nin prezidenti Nizaməddin Rzayev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilmiş müsahibəsində bildirib.

"Texniki tələblərə uyğun olaraq su kəməri bir neçə ay ərzində tam layihə gücündə işləməyə başlayacaq. Bunun nəticəsində şəhər əhalisinin 75 faizə qədəri fasiləsiz su ilə təmin olunacaq. Eyni zamanda, 60 faiz cədvəl üzrə su alan əhalinin sayı 25 faizə qədər azalacaq və cədvəllərin müddətləri 2 dəfədən çox uzadılacaq", - Rzayev bildirib.

Görülən işlərə toxunan Rzayev bildirib ki, dəniz səviyyəsindən 410 m yüksəklikdə yerləşən sugötürücü qovşaqda hər birinin həcmi 10000 kubmetr olan iki su anbarı, xlorator qurğusu, inzibati və laboratoriya üçün binalar və sair qurğular tikilib.

Ümumi uzunluğu 262,5 km olan 2000 mm diametrli şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış boru xətti vasitəsilə suyun nasoslardan istifadə edilmədən, öz axını ilə (yəni, elektrik enerjisi sərf etmədən) Bakı şəhərinə nəql olunması həyata keçirilir. Su kəməri xətti boyunca təzyiq nizamlayıcı qurğular tikilib.

Rzayev deyib ki, kəmər boyu ümumi eni 25 m olan sanitar mühafizə zolağı yaradılmışdır. Su kəməri trass boyu 2 çayın üstündən, 10 çay məcrasının isə 8-10 metr dərinlikdə qurulmaqla suyun altından düker tipli qurğu ilə keçir, 8 yerdə avtomobil magistral yolu, 2 yerdə isə dəmir yolu ilə kəsişir.

Onun sözlərinə görə, Bakı şəhərinin girişində dəniz səviyyəsindən 190 metr yüksəklikdə bu kəmərin istismarı ilə əlaqədar inzibati bina, xlorlama məntəqəsi, fiziki-kimyəvi laboratoriya, su bölüşdürücü kamera tikilmiş və su kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə edilməsi məqsədi ilə SCADA sistemi tətbiq edilib.

Rzayev bildirib ki, Oğuz-Qəbələ-Bakı su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 000 m3 tutumu olan yeni su anbarları yenidən qurulub, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və digər işlər görülüb.

2010-cu il dekabrın 28-də dövlət başçısının iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəməri Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirilib. Su kəmərinin tikintisinə 2007-ci ilin martında başlanılmışdı.

Xəbər lenti

Xəbər lenti