...

Azərbaycan bankı "Parabank" 2010-cu ildə promo-aksiyalar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2011 20:31 (UTC +04:00)
"Parabank" ASC Yeni il bayramı ilə əlaqədar 2010-ci il dekabrın 25-dən başlayaraq 2011-ci il yanvarın 5-nə kimi Park Bulvar ticarət və əyləncə mərkəzində, Kukla Teatrında və H.Əliyev sarayında promo-aksiyalar keçirib.
Azərbaycan bankı "Parabank" 2010-cu ildə promo-aksiyalar keçirib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

"Parabank" ASC Yeni il bayramı ilə əlaqədar 2010-ci il dekabrın 25-dən başlayaraq 2011-ci il yanvarın 5-nə kimi Park Bulvar ticarət və əyləncə mərkəzində, Kukla Teatrında və H.Əliyev sarayında promo-aksiyalar keçirib. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Aksiyalar zamanı bankın əməkdaşları gələn qonaqları müxtəlif hədiyyələrlə qarşılayıblar. "Parabank" təşkil etdiyi aksiyaların birinə Rus Dram Teatrının peşəkar aktyorları dəvət olunub. Aktyorlar uşaqlar üçün Yeni illə bağlı tamaşa nümayiş etdirib. Onlar uşaqların iştirakı ilə müxtəlif növ maraqlı oyunlar təşkil ediblər.

Keçirilən promo-aksiyalarda bankın işçiləri tərəfindən bukletlər, təqvimlər, bayraqlar, şarlar və digər hədiyyələr gələn qonaqlara təqdim olunub. Ümumilikdə aksiyaların keçirildiyi 7 gün ərzində bu tədbirlərdə 3000 nəfər iştirak edib. Maraqlananlar "Parabank"ın Facebook səhifəsinə (http://www.facebook.com/pages/ParabankASC/151156364899183?v=photos&ref=ts) daxil olaraq keçirilən aksiyalarla və tədbirlərdən çəkilən fotoşəkillərlə tanış ola bilərlər.

Xəbər lenti

Xəbər lenti