...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2011 13:33 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0005 punkt (0,05 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7973 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0005 punkt (0,05 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7973 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

17 yanvar

0,7974

24 yanvar

0,7974

18 yanvar

0,7974

25 yanvar

0,7974

19 yanvar

0,7974

26 yanvar

0,7974

20 yanvar

0,7974

27 yanvar

0,7974

21 yanvar

0,7974

28 yanvar

0,7969

Həftə ərzində orta

0,7974

Həftə ərzində orta

0,7973

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti 0,0011 punkt (0,11 faiz) möhkəmlənib. Ötən həftə bir ABŞ dolları üçün 0,79666 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): yanvarın 25-də 0,7974 AZN/USD məzənnəsi ilə 1 milyon dollar, yanvarın 26-da sövdələşmələr aparılmayıb, buna görə məzənnə əvvəliki səviyyədə qalıb, yanvarın 27-də 0,7962 AZN/USD məzənnəsi ilə 26,6 milyon dollar və yanvarın 28-də 0,7956 AZN/USD məzənnəsi ilə 11 milyon dollar məbləğində sövdələşmələr aparılıb.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

17 yanvar

0,7967

24 yanvar

0,7967

18 yanvar

0,7967

25 yanvar

0,7974

19 yanvar

0,7967

26 yanvar

0,7974

20 yanvar

0,7967

27 yanvar

0,7962

21 yanvar

0,7967

28 yanvar

0,7956

Həftə ərzində orta

0,7967

Həftə ərzində orta

0,79666

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Yanvar ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 0,1 faiz, birja məzənnəsi 0,14 faiz möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti