...

Azərbaycan torpaq kadastrı sisteminin işlənməsi üzrə Koreyadan əlavə maliyyələşdirmə istəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2011 13:03 (UTC +04:00)
Azərbaycan Dövlət Topraq və Xəritəçəkmə Komitəsi Bakının Xəzər rayonunun ərazisinin torpaq kadastrının hazırlanması üzrə əlavə maliyyələşdirmə almaq üçünKoreyanın Xarici İşlər və Ticarət Nazirliyi ilə danışıqlar aparır.
Azərbaycan torpaq kadastrı sisteminin işlənməsi üzrə Koreyadan əlavə maliyyələşdirmə istəyib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Topraq və Xəritəçəkmə Komitəsi Bakının Xəzər rayonunun ərazisinin torpaq kadastrının hazırlanması üzrə əlavə maliyyələşdirmə almaq üçün Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi ilə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Komitəsinin rəhbəri Qərib Məmmədov bildirib.

"Tərəflər arasında ilkin razılaşma artıq əldə olunub", - Məmmədov deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi artıq Bakının Xəzər rayonundakı Zirə pilot qəsəbəsində min hektar topraq ərazisinin kadastrının hazırlanmasını başa çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Topraq və Xəritəçəkmə Komitəsi bu işləri 2009-cu il iyunun 23-də Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi ilə imzalanmış 1,5 milyon dollarlıq qrant sazişi çərçivəsində aparır. "Azərbaycanda topraq kadastrı sisteminin təkmilləşdirilməsi" qrant sazişi 18 ay müddətinə imzalanıb.

Torpaq kadastrına beş əsas element - dövlət reyestri, həcm və keyfiyyətin qeydiyyatı, toprağın ekoloji göstəricilərinin kadastrı, iqtisadi nöqteyi-nəzərdən torpağın qiymətləndirilməsi və kadastr xəritələrinin hazırlanması daxildir.

Xəbər lenti

Xəbər lenti