...

Azərbaycandakı vergi qanunvericiliyi hamı üçün bərabər şərait yaradır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2011 15:12 (UTC +04:00)
Azərbaycanda üç il bundan əvvəl qəbul edilən əlavə dəyər vergisi üzrə (ƏDV) vergi yığılması üçün vahid xəzinədarlıq hesabının tətbiqindən bəri vergilərin bu növü üzrə daxilolmaların ümumi həcmi iki dəfə artıb.
Azərbaycandakı vergi qanunvericiliyi hamı üçün bərabər şərait yaradır - nazir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda üç il bundan əvvəl qəbul edilən əlavə dəyər vergisi üzrə (ƏDV) vergi yığılması üçün vahid xəzinədarlıq hesabının tətbiqindən bəri vergilərin bu növü üzrə daxilolmaların ümumi həcmi iki dəfə artıb. Trend-in məlumatına görə, bunu cümə günü vergilər naziri Fazil Məmmədov vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda keçirilən tədbirdə bildirib.

"Görülən tədbirlər nəticəsində ƏDV ödəyicilərinin 99,9 faizi ötən il hesabatlarını elektron formada təqdim ediblər, ümumilikdə isə vergilərin bütün növləri üzrə bu göstərici 82,6 faiz təşkil edir", - nazir deyib.

Onun sözlərinə görə, vergi qanunvericiliyi bütün vergiödəyənlər üçün bərabər şərait yaradır, ayrı-seçkiliyə yol vermir.

"Ölkədəki iqtisadi fəaliyyət üçün əlverişli şərait investisiyaların səviyyəsi ilə təsdiqlənir. Ötən il Azərbaycan iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulub. Ümumi strukturda daxili investisiyaların payı artıb və bununla yanaşı, qeyri-neft sektoruna investisiyalar neft sektoruna qoyulan investisiyaları üstələyib", - nazir bildirib.

Məmmədovun fikrincə, bu, iqtisadiyyatın şaxələndirilməsi və onun davamlılığının qorunub saxlanması üçün başlıca şərt olub.

Xəbər lenti

Xəbər lenti