Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Ü.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bağlanmış iki bankda yığılıb qalan SKMF-nin əvvəllər verdiyi kredit vəsaitlərinin qaytarılması üçün Baş Prokurorluğa müraciət edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı SKMF-nin icraçı direktoru Şirzad Abdullayev deyib.
"Borcları olanlar lisenziyaları Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilən "BirlikBank" və "DebutBank"dır", - Abdullayev qeyd edib.
"BirlikBank"ın lisenziyasının ləğv edilməsi ilə bağlı qərar 2011-ci il yanvarın 28-də, "DebutBank"ın isə 2010-cu il dekabrın 1-də qəbul edilib.
Onun sözlərinə görə, əvvəllər SKMF-nin müvəkkil bankları qismində çıxış edən bu bankların borcu 2008-ci ilin əvvəlinə olan vəziyyətə görə yaranıb.
Fondun digər müvəkkil kredit təşkilatlarının kreditlərinin qaytarılmasına toxunan Abdullayev bildirib ki, kredit resurslarının ödənilməsi müəyyən edilmiş qrafikə əsasən, mütəmadi şəkildə edilir.
Hazırda SKMF-yə əvvəllər güzəştli şərtlərlə maliyyələşdirilən layihələrdən artıq 10 milyon manat qaytarılıb, Abdullayev qeyd edib.