...

Bakıdakı "Ramstore" supermarketlər şəbəkəsi Dubay şirkətinin idarəçiliyinə verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2011 12:30 (UTC +04:00)
Türkiyənin ən iri supermarketlər şəbəkəsi "Migros Ticaret" Bakıdakı "Ramstore" supermarketlər şəbəkəsinin Dubayın "İntersun Hilding FZCO" şirkətinə satılması haqqında saziş imzalayıb. Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat verilib.
Bakıdakı "Ramstore" supermarketlər şəbəkəsi Dubay şirkətinin idarəçiliyinə verilir

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir A.Axundov/

Türkiyənin ən iri supermarketlər şəbəkəsi "Migros Ticaret" Bakıdakı "Ramstore" supermarketlər şəbəkəsinin Dubayın "İntersun Hilding FZCO" şirkətinə satılması haqqında saziş imzalayıb. Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat verilib.

"Migros Ticaret" Azərbaycanda üç supermarketin daxil olduğu "Ramstore" MMC-nin yüz faizlik sahibidir.

Şirkətdən Trend-ə verilən məlumata görə, sövdələşmənin dəyəri bütün satış prosedurlarının başa çatmasından sonra məlum olacaq.

Türkiyə KİV-in məlumatına görə, Azərbaycandakı ticarət şəbəkəsi 14,25 milyon dollara satılır.

"Ramstore" MMC 1995-ci ilin oktyabrında yaradılıb, ilk supermarket 1996-cı ilin aprelindən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti