...

İranın ticarət naziri Taylanda səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2011 14:02 (UTC +04:00)

İranın ticarət naziri Mehdi Qəzənfəri Taylanda səfər edib. Səfərdə məqsəd İran və Tayland müştərək iqtisadi komissiyasının səkkizinci iclasında iştirak etməkdir. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Qəzənfəri səfər çərçivəsində Tayland rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparacaq.

2009-cu ilin statistikasına əsasən, İran və Tayland arasında ticarət dövriyyəsi 1,111 milyard dollar olub. İran Taylanda əsasən polad, dəmir, kimyəvi maddələr, balıq və dəniz məhsulları, dərman perepartları və meyvə ixrac edir. Tayland şirkətləri İranda balıq sənayesi sahəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti