...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi təxminən 11 dəfə üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2011 18:50 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi təxminən 11 dəfə üstələyib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Trend-in məlumatına görə, bu barədə BFB-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Hərracda 1 investor iştirak edib. Sifarişlərin ümumi məbləği nominal üzrə 32 872 milyon manat təşkil edib. İstiqrazların ümumi həcmi tam yerləşdirilib. Sifarişlər cari 100,35 faiz qiyməti ilə təqdim edilib.

İstiqraz vərəqələrinin ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Tələbatın təklifi üstələyəcəyi təqdirdə, bütün sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin anderrayteri qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2010-cu il noyabrın 19-da qeydə alınıb.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manatlıq həcmdə qeydə alınan faizli, sənədsiz, təmin edilmiş istiqrazların emissiyasından keçirilir. İstiqrazlar üzrə gəlir 3 faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsi yanvarın 17-dən başlayıb.

İndiyədək AİF 55 milyon manat məbləğində təmin edilmiş və 75 milyon manat məbləğində təmin edilməmiş iki emissiya yerləşdirib.

Fevralın 28-nə olan rəsmi məzənnə 0,7941 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti