Azərbaycan, Bakı, 28 fevral /Trend/
Azərbaycan Beynəlxalq Bankı (ABB) "Azericard" Prosessinq Mərkəzi tərəfindən göstərilən "SMS Xəbərdarlıq" xidmətini uğurla tətbiq edir. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
Bu xidmətə qoşulan plastik kart sahibinin kart vasitəsilə apardığı bütün əməliyyatlar barədə məlumatlar avtomatik olaraq müştərinin mobil telefonuna daxil olur.
Məlumatda deyildiyinə görə, pensiyaçılar üçün bu xidmət xüsusilə əhəmiyyətlidir. Onlar bankomata yaxınlaşmadan, banka, yaxud sosial müdafiə fonduna müraciət etmədən, vaxt itirmədən təqaüdün hesaba köçürüldüyü barədə məlumatı öyrənə bilərlər. Bu cür rahatlığı əldə etmək üçün pensiyaçılar "SMS Xəbərdarlıq" xidmətinə qoşulmalıdır. Xidmətə görə təqaüdçüdən 10 qəpik həcmində aylıq abunə haqqı tutulur.
Qoşulmanın digər üsulları da mövcuddur. Məsələn, bankın filialına müraciət edib, təqaüd kartının hansı telefon nömrəsinə bağlanılmasının arzu edildiyi bildirilməlidir. İstənilən vasitə ilə qoşulma prosesi bitdikdən sonra kart hesabına vəsait daxil olarkən, təqaüdçü dərhal SMS vasitəsilə məlumatlandırılacaq.
Fevralın 28-nə olan rəsmi məzənnə 0,7941 AZN/USD təşkil edir.