...

Azərbaycanda uçot dərəcəsinin artırılması vaxtında atılan addımdır - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 18:24 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının martın 1-dən etibarən uçot dərəcəsinin qaldırılması barədə qərarı ölkədə inflyasiya artımının qarşısını almaq üçün ciddi və vaxtında atılan addımdır.
Azərbaycanda uçot dərəcəsinin artırılması vaxtında atılan addımdır - deputat

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının martın 1-dən etibarən uçot dərəcəsinin qaldırılması barədə qərarı ölkədə inflyasiya artımının qarşısını almaq üçün ciddi və vaxtında atılan addımdır. Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov belə düşünür.

Dünya maliyyə böhranı dövründə Mərkəzi Bank uçot dərəcəsinin 7 dəfə azaldılaraq 2 faizə çatdırılması daxil olmaqla, müəyyən addımlar atıb ki, əhali, sahibkarlar ciddi problemlərlə rastlaşmasınlar.

"İndi dünya iqtisadiyyatında müəyyən yaxşılaşma müşahidə edilir, - Əhmədov bildirib. - Dünya bazarlarında neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına böyük valyuta gəlirlərinin axınına gətirib. Bu, ölkənin Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin artırılmasına səbəb olub".

Bununla belə, Əhmədovun sözlərinə görə, indi Azərbaycanda ciddi problemlərdən biri milli valyutanın məzənnəsinin möhkəmləndirilməsidir. Belə ki, son vaxtlar dünya bazarlarında dolların məzənnəsinin kəskin azalması müşahidə edilir.

"Dolların məzənnəsinin ucuzlaşmasının başlıca səbəblərindən biri dünya bazarlarında neftin qiymətinin artmasıdır", - Əhmədov vurğulayıb.

Onun sözlərininə görə, bununla əlaqədar Mərkəzi Bank məzənnə siyasətinin tənzimlənməsi məqsədilə valyuta intervensiyası aparır, lakin bazara çoxlu sayda valyutanın atılması problemlər yaradır.

"Böhran, müharibələr, inqilablar və oxşar proseslər dünya bazarlarında ciddi problemlər yaradır, bu isə Azərbaycan iqtisadiyyatına təsir göstərə bilər", - Əhmədov əlavə edib.

Məlumatda deyildiyinə görə, bu qərar eyni zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib. Pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0,5%-dən 2%-ə qaldırılması barədə də qərar qəbul edilib.

Bu qərarlar AMB-nin qiymətlərin stabilliyinin saxlanılması üzrə məqsədyönlü tədbirləri çərçivəsində qəbul edilib. Son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunur. Dünya iqtisadiyyatında inflyasiyanın artım meyilləri güclənir.

Xəbər lenti

Xəbər lenti