...

"Parabank" ASC "Coinstar" təcili pulköçürmə sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 12:25 (UTC +04:00)
"Parabank" təcili pul köçürmələri sahəsində fəaliyyətini gücləndirmək məqsədilə "Coinstar" sisteminə qoşularaq əhaliyə bu sistemlə pulköçürmə xidməti təklif etməyə başlayıb.
"Parabank" ASC "Coinstar" təcili pulköçürmə sisteminə qoşulub

Azərbaycan, Bakı, 2 mart /Trend/

"Parabank" təcili pul köçürmələri sahəsində fəaliyyətini gücləndirmək məqsədilə "Coinstar" sisteminə qoşularaq əhaliyə bu sistemlə pulköçürmə xidməti təklif etməyə başlayıb. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

"Coinstar" sistemi ilə təcili pulköçürmələri ABŞ dolları və ya Avro ilə ABŞ, MDB, Baltikyanı ölkələr, İtaliya, İspaniya, Fransa, İsrail, Kipr və digər xarici ölkələr daxil olmaqla dünyanın 143 ölkəsinə həyata keçirmək mümkündür. Bu sistem əməliyyatın sürətli aparılması, geniş əhatə dairəsi, köçürmə təhlükəsizliyi, habelə əlverişli komisyon haqqı kimi üstünlüklərə malikdir.

Parabank Sizə, bütün dünyanı əhatə edən ən sərfəli tariflərlə və şərtlərlə müxtəlif növ pul köçürmələrini təklif edir. Pulköçürmə sisteminin növündən asılı olmayaraq, hər bir köçürülən məbləğin ünvanına çatdırılmasına zəmanət verilir və etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur.

Parabank-ın təklif etdiyi təcili pul köçürmələri sistemlərinin üstünlükləri:

  • Siz dünyanın 200-dən çox ölkəsinə həm pul göndərə, həm də ala bilərsiniz.
  • Pul köçürmələri 1-15 dəqiqə ərzində həyata keçirilir.
  • Komisyon haqqı yalnız göndərən şəxs tərəfindən tariflər üzrə ödənilir.

Siz seçilən pul köçürmələri sistemindən asılı olaraq, məbləği təklif olunan valyuta növlərinin birində (AZN, USD, EUR, RUR) köçürə bilərsiniz .

Xəbər lenti

Xəbər lenti