...

Yanvarda Azərbaycanın xarici mal dövriyyəsi təxminən 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 15:37 (UTC +04:00)
2011-ci ilin yanvar ayında dünyanın 94 ölkəsi, eləcə də bu ölkələrdən olan qeyri-hökumət təşkilatları və fiziki şəxslərlə aparılan xarici ticarət əməliyyatları 2,2 milyard dollar təşkil edib.
Yanvarda Azərbaycanın xarici mal dövriyyəsi təxminən 10 faiz artıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin yanvar ayında dünyanın 94 ölkəsi, eləcə də bu ölkələrdən olan qeyri-hökumət təşkilatları və fiziki şəxslərlə aparılan xarici ticarət əməliyyatları 2,2 milyard dollar təşkil edib. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Ötən ilin yanvar ayı ilə müqayisədə mal dövriyyəsi 9,8 faiz, idxal 60,5 faiz artıb, ixrac isə 1,9 faiz azalıb. İxrac 2,7 dəfə idxalı üstələyib, buna görə də yanvarda 979,8 milyon dollar məbləğində müsbət saldo yaranıb.

"İxracın payına 1,6 milyard dollar və ya mal dövriyyəsinin ümumi həcminin 72,6 faizi, əmtəə idxalının payına isə 27,4 faiz və ya 593 milyon dollardüşüb", - məlumatda deyilir.

Xarici ticarət əməliyyatlarının böyük hissəsi (84,2 faiz) İtaliya, ABŞ, Fransa, Rusiya, Malayziya, Ukrayna, Bolqarıstan, Türkiyə, İsrail, Tailand, Çin və Almaniya kimi ölkələrlə aparılıb.

Xəbər lenti

Xəbər lenti