...

Azərbaycan bankı "Unibank" "AlKart" üzrə borcalanların gəlirlərinə tələbləri azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 16:37 (UTC +04:00)
Azərbaycan bankı "Unibank"da Novruz bayramı münasibətilə yeni bayram aksiyası başlanıb.
Azərbaycan bankı "Unibank" "AlKart" üzrə borcalanların gəlirlərinə tələbləri azaldıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan bankı "Unibank"da Novruz bayramı münasibətilə yeni bayram aksiyası başlanıb. Martın 9-dan aprelin 30-dək bankın xidmət şəbəkəsində "Al Kart" və nağd kreditləri alan müştərilərin hər beşincisinə "Mobitel" zəmanətli Nokia 2700 və ya Nokia 7100 mobil telefonu hədiyyə ediləcək. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Adıçəkilən kreditlərin rəsmləşdirilməsi proseduru da artıq hamı üçün daha sadə olacaq. Belə ki, "Al Kart" və nağd kreditlərin cəlb olunması üçün təsdiqlənmiş aylıq gəlirlər müvafiq olaraq ən azı 200 AZN və 85 AZN təşkil edə bilər. Eyni zamanda, 2000 AZN həcminədək kreditlərin verildiyi təqdirdə, bank tərəfindən zamin və girov tələbi tətbiq olunmur. Hədiyyə alan müştərilərin təyin edilməsi "Unibank"ın xüsusi proqram təminatı vasitəsilə müəyyən edilir. Kreditlərin alınması üzrə ardıcıllıq kompüter sistemində müştərinin müraciətinin edildiyi ana görə hesablanır. Qaliblər mərkəzləşdirilmiş qaydada "Unibank"ın bütün xidmət şəbəkəsi üzrə müəyyən edilir. Aksiya bankın əməkdaşlarına tətbiq olunmur.

"Unibank"ın Novruz aksiyası barədə daha ətraflı məlumat üçün müştərilər bankın onlara ən yaxın yerləşdiyi filialına və ya şöbəsinə müraciət, eləcə də (012) 117 nömrəli telefona zəng edə bilərlər.

Xəbər lenti

Xəbər lenti