...

Moskvada MDB ölkələrinin Turizm Şurasının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2011 15:30 (UTC +04:00)
Martın 14-də Moskvada turizm sahəsində əməkdaşlıq haqqında iştirakçı dövlətlərin Turizm Şurasının iclası keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin məlumatında deyilir.
Moskvada MDB ölkələrinin Turizm Şurasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 12 mart/Trend/

Martın 14-də Moskvada turizm sahəsində əməkdaşlıq haqqında iştirakçı dövlətlərin Turizm Şurasının iclası keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin məlumatında deyilir.

İclas iştirakçıları ona yaxın məsələni müzakirə edəcəklər. Müzakirə olunacaq məsələlər arasında MDB-nin 20 illiyinə həsr edilən tədbirlər planı və 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının həyata keçirilməsi, Turizm Şurasının əsasnaməsi haqqında layihənin razılaşdırılması barədə informasiya yer alıb.

Şura üzvləri 2012-2013-cü illərdə Birlik ölkələrində gənclərin beynəlxalq əməkdaşlıq strategiyasının həyata keçirilməsi üzrə tədbirlər planı ilə bağlı layihə təkliflərini də müzakirə edəcəklər. Bu təkliflər gənclərin turizm haqqında mədəni maarifləndirilməsinin inkişafına yönəldilib. Bu, "Şəhərlərimizin küçələrində Birlik iştirakçı dövlətlərinin milli muzeylər xəzinəsi" sərgi layihəsidir. Onu Moskvada, beynəlxalq turizm sərgi yarmarkalarını isə MDB-nin bütün ölkələrində keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, təkliflər siyahısında Birlik iştirakçı dövlətlərinin ərazisi üzrə YUNESKO-nun "Dünya irsi" proqramının mədəni təyinatlı obyektləri siyahısı əsasında transsərhəd marşrutların hazırlanması yer alıb.

İclasda Birlik ölkələrinin KİV profilli nümayəndələri üçün Azərbaycana mətbuat turlarının təşkili məsələsinə və "Belarus Respublikasının qonaq kartı"nın tətbiqi üzrə işlərə toxunulacaq.

Şuranın iclasından sonra martın 15-də MDB məkanında turizm haqqında mədəni maarifləndirmənin inkişafı məsələsində əməkdaşlıq və razılaşdırılmış siyasətin formalaşdırılması üzrə I Beynəlxalq konfrans keçiriləcək.

Tədbirlərdə MDB İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubayev iştirak edəcək.
2011-ci il MDB-də " Tarixi-mədəni irs ili" elan edilib. Bu, turizm sahəsi daxil olmaqla, gələcək əməkdaşlığın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün yeni imkanlar açır.

Fevralın sonunda Belarusun Qomel şəhərinə "Birliyin mədəniyyət paytaxtları 2011" adlı sertifikatının rəsmi təqdim olunması mərasimi keçirilib. Tədbir eyniadlı miqyaslı dövlətlərarası proqramın pilot mərhələsi olub. Bu proqram MDB xalqları arasında sıx mədəni əlaqələrin və eləcə də ictimai-siyasi əməkdaşlığın inkişafı üçün əlverişli mühit yaratmaq məqsədi güdüb.

Martın sonunda Rusiyanın Ulyanovsk şəhəri də belə statusu əldə edəcək. Ümumilikdə hazırda turizmə təkcə iqtisadi artım faktoru kimi deyil, həm də Birlik xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, böyüməkdə olan nəslin maarifləndirilməsinə və tərbiyəsinə xidmət edən mühüm sosial amil kimi baxılır. Bununla yanaşı, dövlət rəhbərləri turizm haqqında mədəni maarifləndirmənin inkişafına mədəniyyətlərarası dialoqun qurulması və dövlətlərarası münasibətlərdə mehriban qonşuluq və etimad atmosferinin formalaşdırılmasına xidmət edən faktor kimi xüsusi diqqət yetirirlər.

Xəbər lenti

Xəbər lenti