...

Azərbaycanda aviasiya təhlükəsizliyi üzrə dövlət proqramı qəbul ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 14:05 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" milli aviasiya şirkətinin istifadə etdiyi hava gəmiləri bütün beynəlxalq standartlara uyğundur.
Azərbaycanda aviasiya təhlükəsizliyi üzrə dövlət proqramı qəbul ediləcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

"Azərbaycan Hava Yolları" milli aviasiya şirkətinin istifadə etdiyi hava gəmiləri bütün beynəlxalq standartlara uyğundur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mülki Aviasiya Administrasiyasının rəhbəri Arif Məmmədov deyib.

"Son vaxtlar AZAL QSC "Airbus" markalı dörd təyyarə alıb. "Boeing-767" markalı iki təyyarənin də gətirilməsi gözlənilir", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya istehsalı olan təyyarələri yalnız "Turan air" aviaşirkəti istifadə edir. Lakin gələcəkdə bu hava gəmilərinin də istifadəsi dayandırılacaq.

Onun szölərinə görə, indi aviasiya təhlükəsizliyi üzrə dövlət proqramının hazırlanması üzrə iş gedir. O, yaxın vaxtlarda qəbul ediləcək. ABŞ məsləhətçiləri ilə birlikdə Azərbaycandakı aviasiya təhlükəsizliyi üzrə bütün sənədlər beynəlxalq standartlara uyğunlaşdırılır. İlin sonunadək bu proses başa çatacaq.

Xəbər lenti

Xəbər lenti