Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Vergilər Nazirliyinin fəaliyyətinin gücləndirilməsi məqsədilə nazirliyin ştatlarının ümumi sayı artırılıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin cümə axşamı yaydığı məlumatda deyilir.
Ümumi ştat sayı 200 vahid artırılaraq 2119 vahid təşkil edib. Bundan başqa, nazirlik aparatının ştat sayı 10 vahid artırılaraq 262 vahid olub.
Bu qərar martın 1-dən etibarən qüvvəyə minib.