...

Azərbaycanda pensiyaçılar Novruz bayramınadək müavinət alacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 16:27 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Novruz bayramı ilə əlaqədar ölkə üzrə pensiyaların maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Azərbaycanda pensiyaçılar Novruz bayramınadək müavinət alacaqlar

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Novruz bayramı ilə əlaqədar ölkə üzrə pensiyaların maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Bu barədə cümə axşamı fonddan Trend-ə verilən məlumatda deyilir.

"DSMF-nin Aparatı tərəfindən mart ayı üzrə pensiyaların maliyyələşməsi üçün ayrı-ayrı şəhər və rayonlar üzrə lazımi vəsaitin yerli şöbələrin hesablarına köçürülməsi həyata keçirilib və bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını əldə edə biləcəklər", - məlumatda deyilir.

Azərbaycanda bir qayda olaraq ölkə üzrə əmək pensiyaları hər ayın 20-dən sonuna kimi müvafiq qrafikə əsasən maliyyələşdirilir. Ümumilikdə bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə edilməyib. Həmin ayların sonuna kimi hər ay üzrə maliyyələşmələr tam başa çatdırılıb.

1 yanvar 2011-ci il tarixə olan vəziyyətə görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti