...

Azercell "Uğur 2010" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2011 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Martın 18-də "Buta Palace"da iqtisadiyyat və biznes sahəsində "Uğur-2010" milli mükafatının təqdimat mərasimi keçirilib. Mükafat təsisçilərinin rəyi əsasında hazırlanan nəticələrə görə, ötən il ərzindəki əhəmiyyətli fəaliyyətinə görə 29 laureat "Ugur" milli mükafatına layiq görülüb. Laureatlar arasında ictimai xadimlər, dövlət təşkilatları və özəl şirkətlər var.

Ötən illərdə olduğu kimi bu dəfə də "Azercell"in adı laureatlar sırasında olub. "Azercell Telekom" MMC 2010-cu ildə telekommunikasiya sektorunun inkişafına verdiyi müstəsna töhfəsinə görə "Uğur" milli mükafatına layiq görülüb. Mükafat şirkətin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadəyə təqdim olunub. Həsənzadə "Uğur" mükafatının şirkət üçün böyük önəm daşıdığını bildirib: "Bu, yalnız 2010-cu ildə deyil, ümumiyyətlə şirkətimizin fəaliyyətdə olduğu 15 il ərzində ölkənin telekommunikasiya sektoruna verdiyi töhfəyə bir qiymətdir".

"Uğur" Milli Mükafatı 2000-ci ildə "Consulting&Business" jurnalı tərəfindən təsis olunub. 1996-cı ildən etibarən nəşr olunan bu jurnal iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandırır. Jurnal tərəfindən hər il "Uğur" Milli mükafatının təqdim olunması ölkədə sahibkarlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası üçün stimul yaradır.

Xəbər lenti

Xəbər lenti