...

"Başak-İnam Sığorta Şirkəti" "Yol Əhvalatı" adı altında müsabiqə başlatmışdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2011 18:00 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC "Yol Əhvalatı" adı altında müsabiqə başlatmışdır. Müsabiqə facebook sosial şəbəkəsi üzərindən təqdim edilib.
"Başak-İnam Sığorta Şirkəti"  "Yol Əhvalatı" adı altında müsabiqə başlatmışdır

"Başak-İnam Sığorta Şirkəti" ASC "Yol Əhvalatı" adı altında müsabiqə başlatmışdır. Müsabiqə facebook sosial şəbəkəsi üzərindən təqdim edilib.

Şirkətin əsas məqsədi öz xidmətlərini geniş auditoriyaya tanıtmaq, yeni müştərilər qazanmaq və mövcud müştərilərin xidmətlərinə bağlılığını gücləndirməkdir.

Aprel ayının sonuna qədər davam edəcək müsabiqənin qalibləri müxtəlif hədiyyələr (1-ci yer Netbook, 2-ci yer Rəqəmsal fotoaparat, 3-cü yer MP3 player)-lə mükafatlandırılacaqlar. Müsabiqənin 1 Qran Prisi də olacaq. Qran Prinin qalibini firma özü seçəcək və bu hekayəyə uyğun video çarx çəkiləcək. Ən əsası hekayənin müəllifi də, bu filmdə baş rolda oynama şansı qazanacaqdır. Kampaniaynın şərtləri ilə bağlı ətraflı məlumatı verilmiş linkdən əldə edə bilərsiniz: www.facebook.com/basakinam .

Layihədə həm FBML səhifə, həm də xüsusi tətbiqetmə (application) hazırlanmışdır. Sosial şəbəkə istifadəçiləri, Facebook-u tərk etmədən müsabiqəyə qoşulub bütün funksiyalardan rahatlıqla istifadə edə bilərlər.

Kampaniyanın hazırlanması və həyata keçirilməsində "Başak-İnam Sığorta Şirkəti" ASC (www.basakinam.az), Maxcreative (www.maxcreative.org) agentliyi ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti